Bu xəstələrə bitki çayları olmaz

GÜNDƏM 07 fevral 2025, 00:28
Təbiətin möcüzəsi adlandırdığımız bitki çayları əslində orqanizmimiz üçün o qədər də faydalı deyil.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bitki çaylarının qaraciyərə pis təsir etdiyi qənaətinə gəliblər.
 
Bildirilib ki, belə çayların tərkibində heç də həmişə sağlamlığa müsbət təsir göstərməyən aktiv komponentlər var. Belə ki, qaraciyərin zədələnməsinin böyük bir hissəsi otlardan, hətta təhlükəsiz görünən otlardan sui-istifadə ilə bağlıdır.
Həkimlər iddia edirlər ki, bütün otlar tamamilə təhlükəsiz adlandırıla bilməz. Bitki çaylarının bəzi komponentləri qanın laxtalanmasını azaldır və şəkər səviyyəsinə təsir edir, bu da sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər.

Hamilə qadınlara, son vaxtlar ağır xəstəlik və ya əməliyyat keçirmiş şəxslərə, şəkərli diabetdən, allergiyadan əziyyət çəkənlərə, ağır qaraciyər və mədəaltı vəzi xəstəlikləri olanlara bitki çayları içmək məsləhət görülmür.

Odur ki, özünüz üçün bitki çayı seçməzdən əvvəl həkiminizlə məsləhətləşməyi unutmayın.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top