Kobaxidze Qazaxıstana getdi

DÜNYA 05 fevral 2025, 11:47
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana ikigünlük rəsmi səfər edib.

Demokrat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səfər zamanı yüksəksəviyyəli görüşlər nəzərdə tutulub.

Gürcüstan hökumətinin başçısı qazaxıstanlı həmkarı Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Bildirilir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstan Baş nazirini qəbul edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top