İmişli və Saatlıda qaz olmayacaq

SOSİAL 05 fevral 2025, 13:36
“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80,0-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissəsində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı 05.02.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Demokrat.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top