“Mənasız həyat yaşayırıq” — Nura

ŞOU-BİZNES 04 fevral 2025, 22:45
“Dünya ulduzları da artıq “TikTok” və gündəmə düşkün olub. Bruno Mars kimi sənətçi son üç mahnısını “TikTok” üçün ifa edib və dünya trendindədir”.

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı posta yazıb.

Sənətçi bildirib ki, gündəmdə “Qremmi”də mükafat alanlar yox, mərasimə çılpaq arvadı ilə gələn Kanye Uestdir:

“O boyda “Qremmi” mükafatlandırma mərasimi keçirildi amma ki, dünya mətbuatında Kanye Uestin çılpaq arvadı müzakirə olunur. Kanye qırmızı xalıda çılpaq arvadı ilə görünüb gedib, mükafat alanlar qalıb kənarda, hamı onlardan danışır. Artıq çox mənasız həyat yaşayırıq”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top