"Ermənistanın ən yaxın tarixi müttəfiqləri olan Rusiya və İran belə bu siyasətdən narazıdırlar" — Millət vəkili

GÜNDƏM 04 fevral 2025, 18:23
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM)in təşkilatçılığı ilə Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş tədbirdə Karlton Universitetinin nəzdindəki Avropa, Rusiya və Avrasiya Elmləri İnstitutunun tədqiqatçısı Robert Kutler deyib ki, Fransa ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq 2027-ci ilədək daha da genişlənəcək. Bu amil Ermənistanı Fransadan daha da asılı vəziyyətə salacaq və Azərbaycanın maraqlarının əleyhinə xidmət edəcək.

Fransanın məqsədi nədir? 

Milli Məclisin deputatı Tural Gəncəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Fransa Ermənistandan manipulyasiya aləti və öz məkirli planlarını həyata keçirmək üçün bir oyuncaq vasitə kimi istifadə edir:

“Cənubi Qafqazda xaos və münaqişə ocağı yaratmaqdan ötrü Fransanın Ermənistan üzərindən çirkili qara oyunu hələ də davam edir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı Ermənistanı daha da Fransadan asılı edəcək. Çünki bu əməkdaşlıq genişləndikcə burada birtərəfli qaydada Ermənistanın asıllılığı artır. Təbii bu, Azərbaycanın maraqlarına xidmət etmir, Azərbaycanın əleyhinə yönəlmiş bir addımdır. Ancaq burada yenə də Ermənistan təəssüflər olsun ki, açıq hərbi konfrontasiyaya getmək yolunu seçəcəksə, Ermənistan təkcə Azərbaycana qarşı deyil, regional konfiqurasiyaya qarşı ciddi təhdid yaradacaq. Hətta Ermənistanın ən yaxın tarixi müttəfiqləri olan Rusiya və İran belə bu siyasətdən narazıdırlar. Ermənistan bütün regional ölkələrlə arasındakı münasibətləri çox kəskin şəkildə pozmuşdur. Ermənistan özünü izolasiya etmək istiqamətində siyasət aparır və yenə də bu məsələdə erməni xalqı, erməni elitası Qərb tərəfindən manipulyasiya edilsə də, ancaq bu manipulyasiya aləti olmaq imkanı özləri yaradırlar. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamaq, münasibətləri tənzimləmək əvvəzinə Fransayla hərbi əməkdaşlığı artırır. Ermənistanın 30 il ərzində dırnağa qədər silahlanmış ordusu heç nəyə nail olmadı. Ermənistan bütün aspektlərdən Azərbaycana məğlub oldu”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 19:27
Top