Qvardiola Xusanovla bağlı səhvini etiraf etdi

İDMAN 27 yanvar 2025, 08:57
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 23-cü turunun "Çelsi" ilə oyununda Abdukodir Xusanovu meydana buraxmaqla səhv etdiyini etiraf edib. 

Demokrat.az 
xəbər verir ki, “şəhərlilər”in 3:1 hesablı qələbəsi ilə başa çatan matçdan sonra 54 yaşlı mütəxəssis deyib:

“Xusanovu meydana buraxmaq lazım deyildi, ona vaxt lazım idi. Premyer Liqada “Çelsi”yə qarşı oynamaq asan deyildi. Başqa ölkədən gələn biri üçün komanda yoldaşları ilə normal ünsiyyət qura bilməmək, məşq etməmək kimi amillər vardı. Oyunun ideyasını və prosesin özünü tam dərk etmədən oynamaq çətin idi... Təsəvvür edin, Xusanov hansı həyəcanı yaşadı və hansı hisslər keçirdi”

Xatırladaq ki, ötən həftə “Mançester Siti”yə transfer olunan 20 yaşlı Xusanov cəmi bir neçə gün sonra “Çelsi” ilə matçda start heyətində debüt edib. 2-ci dəqiqədə onun səhvindən qol vurulub. 4-cü dəqiqədə Abdukodir sarı vərəqə alıb, 54-cü dəqiqədə isə əvəzlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top