ABŞ ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə genişlənə bilər.
Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı deyib.
“Yaxın gələcəkdə ölkəmiz çox əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik”, – Tramp bildirib. O bunun necə baş verə biləcəyini açıqlamayıb.
Yeni Amerika lideri daha əvvəl dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirmiş, bu halda ona hərbi və digər üstünlüklər söz vermişdi. Kanada iqtidarı bunun heç vaxt baş verməyəcəyini bildirmişdi.
Tramp həmçinin vurğulayıb ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. O, Danimarkanı ada üzərində hüquqlarından imtina etməzsə, yüksək ticarət rüsumları tətbiq etməklə hədələyib. Hələ birinci prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı təklif etmişdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya iqtidarı bu ideyanı rədd edib.