"Şirniyyat bişirməyi sevirəm. Amma çox adam mənə rişxənd edir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "Xəzər axşamı" verilişində deyib. Sənətçi şirniyyat biznesi olduğunu bildirib. İfaçı bütün məhsulları özü bişirir.
Aparıcı Mətanət Əliverdiyeva isə insanların onu tənqid etməsinə "Baxıram canlı yayımda Sevda blinçik bişirir. Altdan isə hamı nələr yazır. Kaş elə sizdə onun kimi nəsə edə bilərdiniz" sözləri ilə reaksiya verib.