Türkiyənin məşhur müğənnisi Ebru Gündeş qızına qoyacağı mirasla diqqət çəkib.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iri heyvandarlıq obyektləri və çoxlu daşınmaz əmlaka sahib olan müğənninin 14 yaşlı qızı Alaraya qoyacağı sərvət təəccübləndirib.
Ötən ilin fevralında dördüncü dəfə iş adamı Murat Özdemirlə evlənən Gündeş Dubaya köçüb.
Bu yaxınlarda boşanacağı bildirilən müğənni əri ilə birlikdə aylıq kirayəsi 17 min dollar, təxminən 535 min TL olan lüks malikanə kirayələyib.
Dəyəri milyonlarla ölçülən sərmayələri, heyvandarlıq obyekti və daşınmaz əmlakı olan Gündeşin Kanlıcada malikanəsi də olub. Lakin məşhur sənətçi bu malikanəni qızına verdiyini bildirib.
“Əkiz malikanələr” olaraq tanınan bu evlərin qiymətinin 250 milyon TL olduğu qeyd olunur.
Türkiyəyə yalnız konsertlər üçün gələn Gündeş Acarkentdə 3,5 mərtəbəli hovuzlu lüks villada qalır.
Qeyd edək ki, Ebru Gündeş hazırda Murat Özdemirlə evlidir. Bu, Ebrunun 4-cü evliliyidir. O daha öncə Reza Zərrabla ailə həyatı qurub və bu evlilikdən onların Alara adlı qızları dünyaya gəlib.