Yağışlar səbəbindən 100 minə yaxın insan işıqsız qalıb

DÜNYA 25 yanvar 2025, 18:56
Braziliyanın San-Paulu şəhərində leysan yağışlar səbəbindən 100 minə yaxın insan işıqsız qalıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Enel enerji şirkətinin açıqlamasında deyilir.

Onlar əvvəlcədən fövqəladə tədbirlər planını səfərbər etdiklərini qeyd ediblər. Yerli qruplar gücləndirilib və işıqsız qalan 99 min abonentə xidməti normallaşdırmaq üçün işlərini davam etdirir.
San-Pauluda leysan yağışlar səbəbindən küçələrin bir hissəsi, metro xətlərindən birindəki relslər  su altında qalıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top