Trampın çıxışından sonra neftin qiyməti aşağı düşdü

İQTİSADİYYAT 24 yanvar 2025, 10:09
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barrelə görə 1,21 faiz ucuzlaşaraq 78,05 dollar təşkil edib. 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, daha sonra enmə 0,7 faizə qədər yavaşlayıb və neftin qiyməti bir barrelə görə 78,45 dollarda qərarlaşıb. 

Neftin qiymətinin ucuzlaşmasına səbəb isə ABŞ-nin yeni Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı açıqlamaları olub. 

Belə ki, onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və OPEC-dən neftin qiymətini endirməyi istəyəcək. Trampın fikrincə, bu, Ukraynadakı müharibəni dərhal başa çatdırmağa kömək edəcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top