Mirzoyan: "Türkiyə ilə danışıqlarda hələlik nəzərəçarpacaq nəticə yoxdur"

GÜNDƏM 24 yanvar 2025, 00:10
Ermənistanla Türkiyə arasında fəal dialoqa baxmayaraq, hələ də ciddi nəticələr əldə olunmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Baltikyanı ölkələrin parlament sədrlərinin iştirakı ilə keçirilən panel müzakirəsi zamanı bildirib.

Mirzoyan qeyd edib ki, 30 ildir sərhədləri bağlı olan Türkiyə ilə danışıqlar yüksək səviyyədə aparılır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 23:30
Top