Təyyarə qəzasına dair birgə araşdırmalar aparılır — Baş prokuror

SOSİAL 20 yanvar 2025, 11:41
Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bütün aidiyyəti dövlət qurumları AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı səfərbər olunublar, öhdəliklərinə düşən vəzifələri yerinə yetirirlər.

Demokrat.az xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, prokurorluq olaraq ölkə rəhbərliyinin başçılığı ilə cinayət işi başlanıb.

"Həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları ilə - hüquq-mühafizə orqanları, prokurorluq xidmətləri ilə bununla bağlı birgə araşdırmalar aparılır. Bu faktla bağlı üç ölkədə - Rusiya, Qazaxıstan və Azərbaycanda cinayət işi başlanmışdır", - K . Əliyev əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top