Atəşkəsdən sonra Qəzzaya humanitar yardımlar yola düşdü

DÜNYA 19 yanvar 2025, 16:29
Qəzzaya yardım üçün yük maşınları daxil olmağa başlayıb.

Demokrat.az xəbər verir ki, İsrail ilə Həmas arasında əldə edilən atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra humanitar yardım yük maşınları Misir tərəfdən Rəfah sərhəd-keçid məntəqəsindən Qəzza zolağına daxil olmağa başladı.

Misirin "Əl-Qahirə əl-İhbariyyə" kanalı xəbər verir ki, Rəfah sərhəd-keçid məntəqəsində gözləyən humanitar yardım yüklü maşınlar artıq Qəzza zolağına keçid edib.

Fələstin mənbələri isə bildirib ki, Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsinə çatan 95 yük maşını atəşkəsin qüvvəyə minməsini gözləyirdi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Tikinti Agentliyi (UNRWA) tərəfindən göndərilən 4 min yük maşını dolusu humanitar yardımın da Qəzzaya daxil olmaq üçün hazır vəziyyətdə gözlədiyi qeyd olunub.

Qeyd edək ki, Həmas və İsrail arasında əldə edilən atəşkəs və əsir mübadiləsi razılaşmasının Bakı vaxtı ilə saat 12:30-da qüvvəyə minməsi gözlənilirdi. Tel-Əviv rəhbərliyi isə "təqdim ediləcək 3 əsirin adı açıqlanana qədər" atəşkəsin qüvvəyə minməyəcəyini bəyan etmişdi.

Həmas bu gün Qəzzədən azad olunacaq əsirlərin siyahısını dərc etdikdən sonra İsrail atəşkəsin Bakı vaxtı ilə saat 15:15-də başladığını elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top