“Ararat Mirzoyan və ABŞ Dövlət Katibi Entoni Blinken arasında görüş baş tutdu. Bu görüşdə də tərəfdaşlıq haqqında saziş imzalanıb. Ancaq bir çox suallar yaranır. Çünki faktik olaraq Bayden administrasiyası bir neçə gün sonra öz fəaliyyətini dayandıracaq”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, artıq Donald Trampın yeni administrasiyası bu funksiyaları yerinə yetirməyə başlayacaqdır:
“Belə bir məqamda bu sənədin imzalanması nə üçün lazımdır və ümumiyyətlə bu sənəd hansısa bir fayda verəcəkmi? Bildiyiniz kimi, uzun zamandır ki, Entoni Blinken və ümumiyyətlə, Bayden hökuməti Ermənistanı açıq şəkildə dəstəkləyir. Böyük ehtimalla bu sənədin imzalanmasını elə ən çox istəyən də Ermənistan tərəfi idi. Çünki aparılan və qurulan əlaqələrin davamlı olmasını Ermənistan tərəfi istəyir, ancaq faktik olaraq bu şübhə altındadır. Çünki Donald Trampın ondan öncə imzalanılan və götürülən öhdəlikləri nə dərəcədə yerinə yetirib-yetirməyəcəyi sual doğurmaqdadır. Xüsusilə də Tramp hökumətinin administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin Bayden yanaşmasından tamamilə fərq olacağı artıq heç kəsə sirr deyil”.
Millət vəkili onu da vurğulayıb ki, istənilən halda bu sənədin imzalanması Ermənistan üçün ümidlər yaratmaqdadır:
“Bununla yanaşı, bəlkə də bu görüşlər paralel olaraq, gizli şəkildə Tramp administrasiyasıyla yaxşı münasibətləri qura bilmək üçün Ararat Mirzoyan gizli görüşlər də keçirə bilər. Erməni lobbisinin, erməni diasporanın bu prosesdə aktivlik göstərdiyi də heç kəsə sirr deyil. Ancaq istənilən halda unutmamalıyıq ki, Amerikada keçirilən prezident seçkiləri öncəsi, hətta debatlar başlamadan öncə Ermənistan siyasi rəhbərliyi Bayden tərəfdən çıxış edirdi. Faktiki olaraq Baydenin yenidən prezident seçilməsini dəstəkləyirdilər. İnanmıram ki, bu sənədin imzalanması Tramp tərəfindən dəstəklənsin və yaxud burada götürülən hansısa öhdəliklər yeni administrasiya tərəfindən davam etdirilsin. Bu sənədin imzalanması və Tramp administrasiyasının isə hansısa bir hissəsinin yerinə yetirilməsi ilə bağlı ümidlərin olması ilə əlaqədərdir. Hesab edirəm ki, Amerikanın Yaxın və Orta Şərq və Cənubi Qafqazla bağlı, ümidləri bizim regionumuzla bağlı olan yanaşması tamamilə dəyişəcəkdir, xüsusilə də Türkiyənin Yaxın və Orta Şərqdə oynadığı rol Cənubi Qafqazda da artırılacaqdır.
Ermənistanın taleyi daha çox Türkiyə-Azərbaycanla bağlanacaq. Bu sənəd faktiki olaraq Ermənistan-Azərbaycan münasibətlərində elə də mühüm rol oynamayacaq. Ermənistanın öhdəliklərindən boyun qaçırmağa da heç bir xidmət göstərməyəcəkdir”.
Leyla Turan
Demokrat.az