Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeynini 65 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə Rauf Zeyniyə ölkənin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə təşəkkür ifadə olunub.
Təbrikdə Rauf Zeyninin ictimai fəaliyyətə və milli maraqlar uğrunda mübarizəsi xüsusi qeyd olunub. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb və 1990-1995-ci illərdə Sumqayıt şəhərinin Xalq Deputatları Sovetinin üzvü və sədr müavini kimi aktiv fəaliyyət göstərib. Daha sonra ölkədə ictimai birliklərin inkişafı və ictimai iştirakçılığın təmin olunmasında mühüm rol oynayıb.
Xüsusilə, Rauf Zeyni 1999-cu ildən fəaliyyətə başlayan Milli QHT Forumunun inkişafında vacib xidmətlər göstərib. O, əvvəlcə Milli QHT Forumunun Diaspor Mərkəzinə, sonra isə həmkarları ilə birgə yaratdığı Demokratik Seçki Mərkəzinə rəhbərlik edib. 2008-2024-cü illərdə isə ölkənin ən böyük QHT birliyi olan Milli QHT Forumuna rəhbərlik edib. Hazırda Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri olaraq fəaliyyətini davam etdirir.
Eyni zamanda Rauf Zeyni dövlət tərəfindən yaradılan müxtəlif komissiya və işçi qruplarında aktiv iştirak edərək qərarların qəbuluna töhfə verib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc təbrik məktubunda Rauf Zeyniyə uzun ömür, cansağlığı və milli maraqlar naminə fəaliyyətində uğurlar arzulayıb.