Yeni virusa yoluxanların 43 faizi ölür? — Dünyanın gözlədiyi açıqlama

GÜNDƏM 12 yanvar 2025, 12:52
Son günlər Çində yayılan metapnevmovirusdan ölüm nisbətinin 43% olması ilə bağlı şayiələr yayılır. Rusiyanın Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Yoluxucu Xəstəliklər və Epidemiologiya şöbəsinin müdiri, professor Vladimir Nikiforov Çində metapnevmovirusla bağlı vəziyyəti şərh edib.

Demokrat
xəbər verir ki, həkim Nikiforov metapnevmovirusdan ölüm nisbətinin 43% olması ilə bağlı şayiələri təkzib edib.

Onun fikrincə, epidemiya fəlakətli deyil və bu, yeni virus deyil.

“Məlumdur ki, bu, hələ 2001-ci ildə Hollandiyada ətraflı təsvir edilib. Hər hansı digər virus kimi, vaxtaşırı alovlanır".

Nikiforov deyib: “Ölüm nisbəti 43% olsaydı, Çinin metapnevmovirus üçün karantin elan edərdi”.

Mütəxəssis xatırladıb ki, müasir vəbadan ölüm nisbəti 7%, koronavirusdan isə 2-3% arasındadır. Bundan əlavə, o, "metapnevmovirus" diaqnozunun yalnız laboratoriyada qoyula biləcəyini deyib.

Xatırladaq ki, yanvarın 5-də Çində metapnevmovirusun yayılması məlum olub. (Cebheinfo.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top