Livan həbsxanalarındakı suriyalı məhbuslar təhvil veriləcək

DÜNYA 12 yanvar 2025, 00:16
Suriya Livanla həbsxanalarındakı məhbuslarının qaytarılması ilə bağlı razılığa gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Livanın Baş naziri Nəcib Mikati və Livanın xarici işlər naziri Abdullah Bin Həbib qəbul edib.

“Bütün suriyalı məhbusların Livan həbsxanalarından geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub” , - məlumatda qeyd olunub.

Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə “birgə komitələr yaratmaq” barədə razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 00:38
Top