Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzeArt" adlı mobil tətbiq yaradacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib.
S.Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: "AzeArt" Mobil tətbiqin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir.
Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaqdır. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur. Layihə çərçivəsində 2 dildə hazırlanacaq mobil tətbiqin bir ilk olacağını nəzərə alsaq qısa zamanda onlarla insan tərəfindən yüklənəcəkdir. Bundan başqa ölkəmizə gələn turistlər üçün bu tətbiq əvəzolunmaz alət kimi istifadə ediləcəkdir.
Layihəmizi dəstklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Üç aylıq layihə çərçivəsində hazırlanacaq tətbiqin həm Bakıda, həmdə Mingəçevirdə geniş təqdimatı keçiriləcəkdir. Ümid edirəm yaradacağımız tətbiq olduqca faydalı və əhəmiyyətli olacaqdır.” (7NEWS.az)