Bakıda 11 yaşlı yeniyetməni maşın vurdu

HADİSƏ 07 yanvar 2025, 09:39
Bakının Suraxanı rayonunda 11 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Demokrat.az xəbər verir ki, 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 yanvar 2025, 09:12
Top