Yaponiyada dünyanın ən yaşlı sakini olan Tomiko İtuka 116 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə bu gün "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, o yaşadığı qocalar evində vəfat edib.
Qeyd edək ki, T. İtuka 23 may 1908-ci ildə Osakada anadan olub. O 3 qardaş və 1 bacının ən böyüyü olub.