“Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Çeçenistanda vurulmasından sonra qəzaya uğradığı artıq təsdiqlənmiş faktdır. BMT-nin İCAO adlı xüsusi ixtisaslaşmış qurumu var. Bu, beynəlxalq mülki aviasiya təşkilatıdır. 1947-ci ildə Çikaqo Konvensiyasına 26 ölkə qoşulub. İndi isə dünyanın demək olar ki, bütün ölkələri Konvensiyaya qoşulub və İCAO-nun üzvləridir. Konvensiya kifayət qədər təsirli sənəddir, yüzə yaxın bəndi var. Əsas prinsipial məsələ ondan ibarətdir ki, əgər hansısa uçuş baş verirsə, təyyarə hansı ölkənin ərazisindən uçursa, deməli, həmin ölkənin uçuş qaydalarına keçir. Bu baxımdan, hesab edirəm ki, təyyarəmizin vurulduğu səma Rusiya səmasıdırsa, məsuliyyət də bu ölkənin üzərinə düşür”.
Bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, cinayətin qəsdlə törədildiyinə, bilərəkdən Azərbaycan mülki təyyarəsinin vurulmasına inanmır:
"Amma hadisə Rusiya səmasında baş verib, təyyarə atəşə məruz qalıb və nəticədə faciə baş verib. İCAO-nun qaydalarına görə, ilkin istintaq 30 gün müddətində bitməlidir. Nəticələr isə ictimaiyyətə çatdırılmalıdır. Eyni zamanda, ümumi nəticələrə gəlinməsi üçün araşdırmalar 12 ayadək aparıla bilər. İlkin nəticələrə əsasən, cinayəti törədən tərəf müvafiq addımlar atmalıdır, qanunun tələblərini yerinə yetirməlidir. Söhbət təzminatdan, zərərin qarşılanmasından və s. gedir”.