Erməni ordusunda “süni intellekt tağımı” yaradılır

DÜNYA 04 yanvar 2025, 10:54
Ermənistan ordusunda “süni intellekt tağımı” yaradılır.

Demokrat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN-in yaydığı elanda bildirilib.

Qeyd edilib ki, müdafiə sistemində yüksək texnoloji həllərin yaradılması, onların səmərəli tətbiqi, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bacarıqlarından daha səmərəli istifadə etmək məqsədilə müsabiqə elan edilir.

“2024-cü ilin qış çağırışı üzrə çağırışçılar “1991-ci il bölüyü”nün süni intellekt tağımında müddətli həqiqi hərbi xidmətə çağırış müsabiqəsində aşağıdakı ixtisaslardan biri ilə iştirak edə bilərlər: robototexnika, məlumat mühəndisliyi, məlumatların təhlili və statistikası”, - deyə bildirilib.

Qeyd edək ki, “1991-ci il bölüyü” adının özü Ermənistanın revanşizm iddialarından qurtulmadığının göstəricisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 12:58
Top