Yardımlıda 24 yaşlı oğlan həmyerlisini döydü

KRİMİNAL 03 yanvar 2025, 13:30
Yardımlı rayonunda 1995-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Murada (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 31 mart 2024-cü ildə Yardımlı rayonunun kəndi ərazisində baş verib. Fərdi sahədə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı yumruqla həmin kənddə yaşayan Murada qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yardımlı rayonunun kəndində yaşayır, şəxsi təsərrüfatında istifadə etmək üçün at almaq istəyib və bu barədə tanışlarına bildirib: “Həmin şəxslər rayonun digər kəndinin sakini Muradın at satdığını mənə dedilər. Martın 31-də Muradın istifadəsində olan mobil telefonla zəng edərək ondan satdıq atının olub-olmamasını soruşdum. Murad da iki rəst atının olduğunu və həmin atları satmaq istədiyini bildirdi. Murada atlara baxmaq istədiyimi bildirdim. Murad atların kəndin kənarında olduğunu və atları tutaraq təhvil verəcəyini bildirdi. Həmin gün, saat 16 radələrində həmin kəndinin yaxınlığında yerləşən örüş sahəsinə getdim. Murada atları tutmasını bildirdim. Lakin Murad atları tuta bilmədiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Murad ünvanına söyüş söydü, sifət nahiyəmə isə yumruqla zərbə vurduğuna görə əsəbləşdim. Mən də yumruqla onun sifət nahiyəsinə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, şəxsi təsərrüfatında iki  atı var və həmin atları satmaq niyyəti olub: “Martın 31-də istifadəmdə olan mobil telefona tanımadığın  nömrədən zəng gəldi. Həmin şəxs rayonun digər kəndindəndən olduğunu və adının Fərid olduğunu bildirdi. Həmin şəxs məndən həqiqətən atlarımı satıb-satmadığımı soruşdu. Mən də həmin şəxsə 2 rəst satlıq atımın olduğunu və 400 manata satdığımı bildirdim. Fərid məndə atları saat 15 radələrinə qədər evə gətirməyimi, kənd ərazisindəsahədə görüşərək atlara baxmaq istədiyini bildirdi. mən həmin ərazidə Fəridlə görüşdüm, atları tutmağa çalışdım. Lakin atlar qaçdığına görə atları tuta bilmədim. Atları tuta bilmədiyim üçün Fərid aldadıldığını zənn edərək ünvanıma nalayiq ifadələr dedi və aramızda mübahisə yarandı. Mübahisə zamanı Fərid baş nahiyəsi ilə sifət nahiyəmə zərbə vurmaq istədi. Həmin vaxt mən geri çəkildim. Fəridin baş nahiyəsi sinə nahiyəmə dəydi və mən yerə yıxıldım. Bundan sonra Fərid yumruqla da sifət nahiyəmə iki dəfə zərbə vurdu. Mən həmin zərbələrdən xəsarətlər aldım”.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 yanvar 2025, 12:15
05 yanvar 2025, 11:32
Top