Biləsuvarda yeniyetmə "TikTok"un güdazına getdi

KRİMİNAL 01 yanvar 2025, 20:57
Biləsuvarda yeniyetmə zəhərlənib.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası bildirib ki, övladı “TikTok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq".

 Fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 yanvar 2025, 15:21
04 yanvar 2025, 13:57
Top