İclasda elektron siqaret çəkən deputat biabır oldu — VİDEO

DÜNYA 30 dekabr 2024, 10:02
Kolumbiyalı siyasətçi Keti Juvinao parlamentin səhiyyə sistemində islahatlara həsr olunmuş iclasında siqaret çəkib. Bundan sonra o, qalmaqala səbəb olub.

Demokrat.az xarici mediaya istinadla bildirir ki, insident Nümayəndələr Palatasının prezidenti Xayme Salamankanın Juvinaoya söz verməyə hazırlaşdığı zaman qeydə alınıb.

Bu zaman o, sarı cihazdan buxar çəkib. Kadrlara çəkildiyini anlayan konqresmen nitqinə başlamazdan əvvəl tez vapini gizlədib və tüstü buludu üfürüb.

İnsidentdən dərhal sonra Juvinao qapalı məkanlarda vaplardan istifadəni qadağan edən qanunu pozduğunu qeyd edərək, ictimaiyyət qarşısında üzr istəyib. O, sosial şəbəkədə yazıb:

“Plenar iclasda baş verənlərə görə vətəndaşlardan üzr istəyirəm, sizi əmin edirəm ki, bundan sonra da Palatada əvvəlki kimi çalışacağam”.

Bununla belə, siyasətçinin rəqibləri vəziyyətdən ona qarşı istifadə etmək fürsətini əldən verməyiblər. Deputat Eduard Sarmiento Juvinaoya ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu xatırladıb və bunun məqsədinin siqaret çəkməyənləri qorumaq olduğunu vurğulayıb.

Hadisə sosial şəbəkələrdə müzakirə fırtınasına səbəb olmaqla yanaşı, həm də siyasətçilərin şəxsi məsuliyyəti, cəmiyyətdəki nümunəvi rolu ilə bağlı geniş müzakirələrə səbəb olub. (Lent.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 13:36
Top