Təyyarə qəzasında həlak olan Zaqatala sakinlərinin nəşləri ailələrinə təhvil verildi

GÜNDƏM 29 dekabr 2024, 13:42
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Arif Əsəbəli oğlu Carayev, 1990-cı il təvəllüdlü Hacıibrahim Süleyman oğlu Carayev və 1981-ci il təvəllüdlü Xizri İsa oğlu Ceerovun, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü Nərminə Salah qızı İgidova və Maqov kənd sakini 1996-cı il təvəllüdlü İbrahimxəlil Makkaşərif oğlu Kostiyevin nəşləri bu gün səhər saatlarında ailələrinə təhvil verilib.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5 nəfəri qəza zamanı həyatını itirib.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 00:01
31 dekabr 2024, 22:33
Top