“1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1991-ci ildə Müstəqillik haqqında Bəyannamədə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması vəzifə kimi qarşıya qoyulmuşdu. Bu vəzifənin reallaşdırılması 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə baş tutdu. Həmin vaxt cəmiyyətin mövqeyi tam nəzərə alımışdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Mirbəşir deyib.
O qeyd edib ki, Konstitusiyanın Preambulasında ölkənin ərazi bütövlüyünün, suvrenliyinin qorunması əsas vəzifə kimi qarşıya qoyulub:
“Lakin müstəqilliyin ilk illərindən Azərbaycanın ərazi bütövlüyü təhlükə altına düşdü. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizini itirdi. Konstitusiyada göstərilən əsas vəzifələr yerinə yetirilməmiş qalırdı. Nəhayət, 2020-ci ilin sentyabr ayında Azərbaycan Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, ərazilərinin işğaldan azad edilməsi əməliyyatına başladı. Azərbaycan dövləti ərazilərinin azad edilməsinə nail oldu və Ermənistan kapitulyasiya aktına imza atdı. 2023-cü ilin sentyabr ayında isə qısamüddətli antiterror tədbirlərini keçirməklə dövlətimiz suverenliyini tam bərpa etmiş oldu, separatçılığa son qoydu”.
E.Mirbəşir bildirib ki, 2025-ci il bu mənada əlamətdar ildir, belə ki müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasından 30 il keçir:
“Həmçinin, Vətən müharibəsindəki zəfərimizdən 5 il keçir. Hesab edirəm ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin imzaladığı bu sərəncam Azərbaycan xalqının gözləntilərinə cavab verir. Biz həm də yeni bir tarixi mərhələyə qədəm qoyuruq. Azərbaycan ərazi bütövlüyü təmin olunmuş və suverenliyi bütün torpaqlarını əhatə edən bir şəkildə bütün dünyada, beynəlxalq münasibətlər sistemində, əməkdaşlıq sferasında iştirak etməkdədir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçiriləcək tədbirlər bu istiqamətləri əhatə edəcək”.
Qeyd edək ki, zərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Törə Zeynallı
Demokrat.az