Qonşu ölkənin vətəndaşı Polşadan Azərbaycana ekstradisiya ediləcək

DÜNYA 28 dekabr 2024, 17:21
“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

“Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.

Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcəkdir”, - məlumatda deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top