Uzun illər "WhatsApp"da danışıqlar aparıblar — Əsədə nə təklif edilib?

DÜNYA 28 dekabr 2024, 12:01
İsrailin uzun müddət "WhatsApp" platforması vasitəsilə Suriyadakı devrilmiş Bəşər Əsəd rejimi ilə gizli əlaqə saxladığı ortaya çıxıb. 

Demokrat.az
xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, gizli danışıqlarda Əsəd rejiminə tətbiq olunan beynəlxalq sanksiyaların qaldırılması müqabilində Livana silah tədarükünün dayandırılmasını nəzərdə tutan razılaşma müzakirə olunub.

"Yediot Ahronot" qəzetində dərc olunan xəbərdə, İsrail kəşfiyyat xidmətinin Suriyadakı devrilmiş rejimin lideri Bəşər Əsəd və onun yaxın çevrəsi ilə əlaqə yaratmaq üçün son illərdə gizli əməliyyatlar apardığı bildirilib. 

Mənbəyə əsasən, İsrail kəşfiyyatı "Musa" kod adı ilə "WhatsApp" üzərindən rejimin yüksək səviyyəli nümayəndələri ilə ünsiyyət qurub.

Hesabatda qeyd olunur ki, İsrail Hərbi Kəşfiyyat İdarəsi (AMAN) bu ünsiyyəti Suriyada İran və "Hizbullah"ın mövqelərinə qarşı hava hücumlarından sonra Əsəd rejiminin keçmiş müdafiə naziri Əli Mahmud Abbas ilə qurub.

Əsəd və onun yaxın ətrafı ilə əlaqələrdən əlavə, İsrail tərəfindən həyata keçirilən digər bir əməliyyatda Əsəd rejiminə tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi müqabilində Livana silah göndərilməsinin dayandırılması barədə gizli razılaşmanın müzakirə edildiyi də bildirilib.

Xəbərdə əlavə olaraq, İsrail Xarici Kəşfiyyat Xidməti MOSSAD-ın keçmiş rəhbəri Yossi Kohenin 2019-cu ilin sonunda Rusiyanın paytaxtı Moskvadakı Kreml sarayında Əsədlə görüşməyi planlaşdırdığı, lakin Əsədin bu görüşdən imtina etdiyi qeyd edilib.


Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top