Xorvatiya Baş naziri Əli Əsədova başsağlığı verdi

XARİCİ SİYASƏT 28 dekabr 2024, 11:00
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, məktubda deyilir:

“Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top