Mətin Eynullayev Qəbələ RLS-in direktorunu işdən çıxardı YENİ TƏYİNAT

SİYASƏT 27 dekabr 2024, 17:32
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

Onun digər əmri ilə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə olunub.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top