Kibercinayətkarlıqla mübarizə güclənir. Qlobal problemə çevrilən bu dələduzluq formasına qarşı beynəlxalq müstəvidə tədbirlər görülür. BMT Baş Assambleyası “Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib. Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb. Azərbaycanın bu konvensiyaya qoşulması ölkədə kibercinayətkarlıqla mübarizəyə nə kimi töhfə verə bilər?
Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycanın bu sahədə təkliflərinin qəbul edilməsi çox vacib məqamdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, kibercinayətkarlıqdan ən çox əziyyət çəkən ölkələrdən biri də bizik:
“Ümumiyyətlə, informasiya və kommunikasiya texnologiyalarının inkişafından sonra dünyada kibercinayətkarlıq üçün çox münbit bir şərait yaranıb. Maliyyə-bank sistemləri, kəşfiyyat məlumatları, vətəndaşların fərdi məlumatları kibercinayətkarlığın əsas hədəflərinə çevrilib. Burada texniki tərəfdən çox sayda qanunsuz əməliyyatlar var. İnternet məkanında narkomaniyanın çiçəklənməsi, psixotron terrorun təşkil olunması, dezinformasiya sisteminin yaradılması vüsət alıb və buna nəzarət imkanları getdikcə zəifləyir. Çünki mütəxəssislər müasir texnologiyalar vasitəsilə istənilən hadisəni törədə bilirlər. Buna dövlətlərin, beynəlxalq təşkilatların nəzarəti çətinləşir getdikcə. Çünki dünyanın harasında olmasından asılı olmayaraq gizliliyin qorunması imkanları var. Dünyada gizli şəkildə kibermüharibə gedir dövlətlər arasında. Müxtəlif kibercinayətlər, dələduzluq halları yayılır”.
Ekspert qlobal İKT sisteminə nəzarət etmək üçün bütün dünya üzrə mərkəzləşmiş sistemin yaradılmasını vacib sayır:
“Problemlərin qarşısını almaq üçün dövlətlərə məcburi öhdəliklər qəbul etdirməlidir. Dövlətlərin təhlükəsizliyinin qorunması üçün təzminat məsələsi olmalıdır. Kibercinayətkarlar şirkətlərin bazasına daxil olaraq müştərilərin fərdi məlumatlarını əldə edir və müxtəlif məqsədlər üçün istifadə edirlər. Bunun qarşısını dövlətlər ayrı-ayrılıqda ala bilmir, qlobal bir nəzarət mərkəzi bu işlə məşğul olmalıdır. Texnologiyanın şirkətlərə nə dərəcədə verilməsi məsələsi gündəmə gəlməlidir. Son texnologiyalar dövlətin nəzarəti altında olmalıdır və bundan irəli gələn məsələlərə də dövlət nəzarət etməlidir”.
E.Bayramlı bildirib ki, konvensiyadan sonra bu məsələlər ciddi müzakirə olunmalıdır:
“Əks halda çox böyük problemlər yaranacaq. Qabaqcıl texnologiyaya malik şirkətlər, dövlətlər digərlərinə zərbə vuracaq, zəif ölkələr əziləcək. Yalnız birgə nəzarət və idarəetmə yolu ilə kibercinayətkarlığın qarşısını almaq mümkündür. Kibercinayətkarlıqla bağlı sığorta sistemi olmalıdır, bu, bəzi ölkələrdə var. İnsanların fərdi məlumatları, bank hesabları kibercinayətkarların əlinə keçəndə onlar şirkəti məhkəməyə verib təzminat ala bilirlər. Azərbaycanda da bu sistem qurulmalıdır. Mübarizə metodlarından biri də bu ola bilər”.
Törə Zeynallı
Demokrat.az