Yeni dərs ilinə "köhnə salam": Yüzlərlə şagird təhlükə ilə üz-üzə — VİDEO

SOSİAL 07 sentyabr 2025, 10:37
Yeni tədris ilinə az qalsa da, bəzi məktəblər hələ də köhnə binalarda dərs ilini qarşılayacaq.

Onlardan biri Quba rayonunun Vladimirovka kənd məktəbidir. Burada 500-dən artıq şagird çətin şəraitdə təhsilini davam etdirəcək.

Qəzalı bina həm təhlükə mənbəyi yaradır, həm də qış aylarında istilik sistemi problemi şagirdləri çətin vəziyyətə qoyur.

Digər təmirə ehtiyacı olan məktəb Quba rayonunun Aşağı Xuc kəndindəki məktəbdir. Həmin məktəb də təmir olunmadığı üçün ciddi çətinliklər yaradır.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəblərin vəziyyətindən xəbərdardılar və təmir məsələsi prioritetlik prinsipi əsasında aparılacaq.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2025, 10:48
Top