Dekabrın 25-də Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
XİN-dən Demokrat.az-a verilən məlumata görə, nazir Murat Nurtleu “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını qeyd edib.
“Qazaxıstan naziri qəza nəticəsində həlak olanların ailələrinə, dost və qardaş Azərbaycan xalqına, dərin hüznlə başsağlığı verib. Qəzanın ilk anlarından Qazaxıstan fövqəladə hallar qurumlarının tam səfərbər olduğu və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdikləri diqqətə çatdırılıb. Qəzanın səbəblərinin araşdırılması istiqamətində iqtintaq qrupu yaradıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.
C.Bayramov qazaxıstanlı həmkarına başsağlığı diləklərinə görə təşəkkür edib, öz növbəsində həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə, dost və qardaş Qazaxıstana başsağlığı verib. Göstərilən dəstəyə görə minnətdarlıq bildirilib”, - deyə məlumatda qeyd olunub.
***
Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bildirilib ki, telefon danışığı zamanı qarşı tərəf, ötən gün ölkəmizin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
Özbəkistan qardaş Azərbaycan ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.
Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistana təşəkkür edib.
Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, ölkəmizin müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.