Təyyarə qəzasında həyatını itirən pilotun anasına — “Lena, sənin oğlun qəhrəmandır” (FOTO)

GÜNDƏM 26 dekabr 2024, 11:48
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. 62 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarənin pilotlarından biri də Aleksandr Kalyaninovdur.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, təyyarə qəzası zamanı ilk olaraq göyərtədəki sərnişinlərin həyatını qorumağa çalışan pilotun qəhrəmanlığı sosial şəbəkələrdə geniş əks-səda doğurub.

İstifadəçilər onun anası ilə fotosunu paylaşaraq “Lena, sənin oğlun qəhrəmandır. Belə oğul böyütdüyünə görə çox sağ ol" sözlərini yazıblar.

Həmçinin, pilotun qəhrəmanlığından söz açılaraq ona çoxsaylı müsbət şərh və reaksiyalar gəlib.

Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsində sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, təyyarədə 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.

Qazaxıstandan olan 6 sərnişinin hamısı həyatını itirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top