“Vurulmuş təyyarəni maksimum havada saxlayıb qəza imitasiyası yaratmaq istəyiblər” — AÇIQLAMA (FOTO)

GÜNDƏM 26 dekabr 2024, 11:25

“Təyyarə vurulub. Mümkündür ki, səhvən, hərçənd başqa variantlar da istisna deyil. Amma ən dəhşətlisi bundan sonra baş verənlərdir. Zədəli təyyarəni təcili endirmək və insanları xilas etmək əvəzinə, onu müxtəlif istiqamətlərə yönəldiblər. Burada məqsəd onu maksimum havada saxlamaq və qəza imitasiyası yaratmaq olub. Həmin məqsədlə də təyyarə Mahaçqalaya yönəldilib. Bu da baş vermədikdə bölgədə xeyli hava limanı olduğu halda, onu Xəzər dənizi üzərindən Aktauya yönəltmək eyni məqsədlə edilib”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu bildirib.

O qeyd edib ki, bütün bu davranışların arxasında dayanan əsas niyyət təyyarənin Xəzərə düşməsinə şərait yaratmaq olub.

Politoloqun qənaətincə, bu yolla cinayətin izini itirmək istəyiblər: “Təyyarə dənizə düşsəydi, bu, onlara nə verəcəkdi? Əvvəla, danışıqlar üçün zaman, ikincisi cinayətin izini itirmək üçün imkan. Eynilə Azərbaycanın iki hərbi təyyarəsinin vaxtilə Xəzər dənizi üzərində vurulması zamanı olduğu kimi. Pilotların peşəkarlığı sayəsində bu da baş vermir və artıq idarəetməni itirən təyyarə Aktau şəhəri yaxınlığında bəlli nəticələrlə qəza enişi edir. Beləliklə də təyyarənin “qəzaya uğramasının” səbəbləri sağ qalan elə sərnişinlərin etdikləri paylaşımlardan aydın olur”.

“Vurulmuş təyyarəni maksimum havada saxlayıb qəza imitasiyası yaratmaq istəyiblər” - <span style=color:red>AÇIQLAMA + FOTO

Ə.Oruclu deyib ki, Qazaxıstanın Azərbaycan və Rusiya mütəxəssislərini təhqiqata buraxmamasına da diqqət çəkib. Onun qənaətincə, bu, arxa plandakı anlaşmanın ictimai rəyi azdırmaq üçün “qəza” haqqında təhqiqatın guya obyektiv kimi təqdim etməyə hesablanmasıdır: “İstər ikitərəfli, istərsə də üçtərəfli formatda heç bir təhqiqatın obyektivliyinə inanmaq olmaz. Təyyarənin qəzaya uğraması və ya vurulması ilə bağlı yeganə obyektiv rəy yalnız onun istehsalçısı olan “Embraer” şirkətinin və Beynəlxalq Aviasiya Agentliyinin (IATA) ekspertlərinin iştirakı ilə əldə edilən nəticə ola bilər. Allah bütün qəza qurbanlarına rəhmət eləsin, sağ qalanların da tezliklə sağalmasına yardımçı olsun”.

“Vurulmuş təyyarəni maksimum havada saxlayıb qəza imitasiyası yaratmaq istəyiblər” - <span style=color:red>AÇIQLAMA + FOTO

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 35 nəfəri həyatını itirib, 32 sərnişin isə sağ qalıb. İlkin səsləndirilən versiya kimi təyyarənin quş sürüsü ilə toqquşması göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top