Mehriban Əliyeva təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

GÜNDƏM 25 dekabr 2024, 12:14
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top