"Bəzən Xəzərdən 1-2 ton belə nərə balığı tutmaq olmur ..." — Qadağanın müddəti uzadıldı

GÜNDƏM 20 dekabr 2024, 17:23
Xəzəryanı ölkələr - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı 2025-ci ildə də qüvvədə saxlayacaq. Tərəflər nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın 2025-ci ilə qədər uzadılması və gələn il üçün kürü və nərə balıqlarının ixracına kvotanın müəyyən edilməməsi barədə razılığa gəliblər. 2025-ci ildə nərə balıqlarının ovlanması əvvəlki kimi yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər.

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında qərara münasibətini bildirib. O, sözügedən qərarın mühüm əhəmiyyət daşıdığını deyib:

“Bu qərarın əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, Xəzər dənizinin nadir ekosistem komponenti olan çox qiymətli nərə balıqlarının populyasiyası bərpa olunmasına xidmət edə bilər. Bildiyimiz kimi, nərə balığının populyasiyasında kəskin azalma var. Vaxtilə Azərbaycanda illik 5-6 min ton nərə balığı tutulurdusa, indi bu, 100 tondan da aşağıdır. Bəzən 1-2 ton belə nərə balığı tutmaq olmur dənizdən. Bu həm qadağa ilə əlaqədardır, həm də Xəzərdə nərə balığının azalması ilə. Ümid edirəm ki, bu qərar dənizdə nərə balığının populyasiyasının bərpa olunmasına kömək edəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top