Bakı Qarabağın bərpası üçün Rusiya sərmayələrini və podratçılarını gözləyir.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Pezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, Qarabağda ilk investisiya layihəsini Tatarıstan həyata keçirib. Söhbət Cəbrayıl rayonunda “Kamaz” servis mərkəzinin açılmasından gedir. “Yəni bu, ilk investisiya layihəsi idi, yəni ilk xarici investisiya layihəsi Rusiyanın idi. Ona görə də biz investisiyaları gözləyirik”, - dövlət başçısı vurğulayıb.
İlham Əliyev əlavə edib ki, Tatarıstan nümayəndə heyəti hazırda Bakıdadır və o, respublikanın rəhbəri Rüstəm Minnixanovla görüşməyi planlaşdırır.