Qusarda polisə silahlı müqavimət göstərən şəxs məhv edilib.
Demokrat.az xəbər verir ki, Lent.az məhv edilən şəxsin fotosunu əldə edib.
Qeyd edək ki, törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətovu polis əməkdaşları zərərsizləşdirib.
Radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. A.Şıxmətov sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Sözügedən şəxsin fotosunu təqdim edirik: