Deputat: "Minatəmizləmə fəaliyyətinin təhlükəsiz təşkili üçün normativ hüquqi baza formalaşdırılır"

GÜNDƏM 13 dekabr 2024, 19:11
""Minatəmizləmə fəaliyyəti haqqında" qanun əsasən minatəmizləmənin təşkilinə və həyata keçirilməsinə şamil edilir. Təbii olaraq dövlətin siyasətinin istiqamətlərini də özündə ehtiva edir. Ekoloji, sosial, iqtisadi şəraitin yaradılması məqsədi ilə partlayıcı maddələrin aradan qaldırılması əsas məqsədlərdəndir".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar İskəndərli deyib: 

"Minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün normativ hüquqi baza formalaşdırılır. Təhlükəli ərazilərdə təhlükənin aradan qaldırılması və bu barədə məlumat almaq hüququ təmin edilir. Zərərçəkmişlərə qanunla müəyyən edilən dəstəyin göstərilməsi də qanunda əks olunur",

O bildirib ki, qanuna işçilərlə bağlanmış müqavilələr, öhdəliklərin icrası da daxildir:

"Qanunda əks olunan bir neçə maddələr var. Maddələrə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmə məsələsi, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti, partlayıcı qurğu daşıyan nəqliyyat vasitəsi operativ nəqliyyat vasitəsi hesab edilməsi, minatəmizləmə fəaliyyəti sahəsində məlumatların toplanması, partlayış sursatları barədə maarifləndirmə, zərəçəkmişlərə ödənişsiz psixoloji dəstək xidmətləri, əlilliyi olan şəxslərin müəyyən edilməsi və.s aiddir. Əsas məsələ qeyd edilən işlərin görülməsi, dövlət tərəfindən təminat məsələsinin həll edilməsidir. Mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi dövlət və qanunla qadağan olunmayan digər mənbələr tərəfindən aparılır. Qanunları pozan şəxslər müəyyən olunmuş qaydalarla məsuliyyət daşıyırlar".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top