“Suriyada müxalif qüvvələrin hakimiyyətə gəlməsi ilə onun xarici siyasətində böyük çaxnaşmalar görəcəyik. Bəşər Əsəd özü Suriyada böyük bir qüvvə idi. Onun siyasi gücü və atasından gələn bir tarixi keçmişi var idi. Müxalif qüvvələrsə siyasi məsələlərə bələd deyillər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
O qeyd edib ki, Əsədin hakimiyyətdən gedişi ilə Suriya üzərində böyük bir mübarizə başlayacaq:
“Yeni müxalifətin nə dərəcədə mübarizə aparacağı hələ sual altındadır. Türkiyə, Böyük Britaniya, Fransa, ABŞ və İsrailin hər biri bugünkü gündə Suriyanı öz tərəfinə çəkərək bölməyə çalışırlar. Hər biri burada var olmaq, bölgəyə nəzarət etmək istəyir.
Türkiyə bu gün NATO qüvvələrində ikinci ordu olduğuna görə və ABŞ-yə daha yaxın olması ilə bu məsələdə həlledici rol oynaya bilər. ABŞ Dövlət katibi Antoni Blinken Suriya məsələsi ilə bağlı Türkiyəyə səfər edəcək və Hakan Fidanla, Prezident Ərdoğanla görüş olacaq. Suriyanın təbii sərvətlərinin hansı ölkənin əlinə keçəcəyindən söhbət gedir. Hər kəs zəbt olunmuş torpaqlardan nəsə qopormağa can atır”.
Ekspertin fikrincə, Suriyadakı müxalif qüvvələr Türkiyənin onları yönləndirməsindən asılı olacaqlar:
“Çünki Türkiyə bu bölgəyə hər kəsdən daha çox bələddir. Müxalif qüvvələr tamamilə hakimiyyəti ələ keçirmək, Türkiyə ilə daha yaxın olmaq istəyəcəklər. Suriyanın yenidən bərpası, iqtisadiyyatının dirçəlməsi də başda Türkiyə olmaqla digər dövlətlərdən asılı olacaq. Bu gün Türkiyənin Suriyada olmasının müsbət cəhətləri olsa da, mənfiləri də az deyil”.
Qeyd edək ki, Suriyada 2025-ci il mart ayının 1-nə kimi müvəqqəti hökumət yaradılacaq. Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.
Törə Zeynallı
Demokrat.az