Rusiya Dəmir Yolları Çin və KXDR ilə sərnişin dəmir yolu daşımalarının bərpa olunduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları”nın Telegram kanalında məlumat verilib.
Dekabrın 15-dən Çinə, dekabrın 16-dan Şimali Koreyaya qatarla getmək mümkün olacaq.
402/401 nömrəli Suifenhe - Qrodekovo (Primorsk diyarı) qatarı dekabrın 15-dən hər gün işləyəcək. Suifenhedən saat 10:00-da, Qrodekovodan isə 17:43-də ayrılacaq.
Tumanqan – Xasan (Primorsk diyarı) marşrutu üzrə 645/646 nömrəli qatar dekabrın 16-dan həftədə 3 dəfə bazar ertəsi, çərşənbə və cümə günləri yola düşəcək:
Tumanqandan saat 12:00-da, Xasan stansiyasından isə 15:30-da yola düşəcək.
Həmçinin məlum olub ki, Rusiya ilə Suriya arasında hava nəqliyyatı dekabrın 18-də bərpa oluna bilər.
Əfsanə Kamal
Demokrat.az