Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
Növbəti ildə ipoteka faizlərinin azaldılması və şərtlərin yüngülləşdirilməsi gözlənilirmi?
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hazırkı ipoteka kreditlərinə ancaq paytaxt kənarı ərazilərdən mənzil almaq mümkündür:
“Sözügedən məsələ bir neçə dəfə qaldırılıb. Birincisi, mənzillərin qiymətində çox ciddi artım baş verib. Bu da onunla nəticələnir ki, əvvəllər ayrılmış vəsaitə şəhərin mərkəzəyaxın hissələrindən mənzillər əldə etmək olurdu, amma indi həmin vəsait daha çox Bakının kənarına uyğun gəlir. Belə olduqda, ipoteka kreditləşməsində daha çox mərkəzdən uzaq yerlər hədəf kimi götürülür. Yəni alıcılar həmin yerlərdə mənzil axtarmalı olurlar.
Əgər ipotekaya 150 min manat ayrılırsa və bu məbləğə faiz etibarı ilə 20-25, bəzi hallarda hətta 30 faiz ilkin ödəniş müəyyən olunursa, bu təxminən 200 min manat civarında mənzil tapmaq məqsədi daşıyır. 200 minə isə şəhərin kənarında ancaq 1 otaqlı mənzil tapmaq olar. Ona görə də, belə bir təşəbbüs irəli sürülmüşdü ki, ipoteka kreditləşməsi üçün məbləğ yüksəldilsin və ən az 200-250 minədək çatdırılsın”.
Vüqar Oruc qeyd edib ki, yaxın gələcəkdə kredit faizlərinin azaldılması mümkün görünmür:
“Digər tərəfdən, Mərkəzi Bankın müəyyən etdiyi orta faiz dərəcələri mövcuddur. Hazırda ipoteka kreditləşməsində göstərilən 7 faiz mövcud iqtisadi duruma uyğun olaraq müəyyənləşdirilir.
Fikrimcə, həmin faizlərin aşağı olması vətəndaşlar üçün daha uyğun olar. Çünki faiz kreditləri aşağı olanda ümumi məbləğə nisbətən, əlavə məbləğ də kifayət qədər yüksək olmur. Amma ölkənin mövcud iqtisadi durumu və hazırki şərtlər bunu o qədər də mümkün etmir. Bu təkcə İpoteka və Kredit Zəmanəti Fondundan asılı olan məsələ də deyil.
Azərbaycan dövləti həmişə vətəndaşlara sosial ədalət və humanizm prinsiplərindən yanaşıb. Bu baxımdan, əgər faizlərin azaldıması ilə bağlı hər hansı bir imkan olacaqsa, təbii ki, bu barədə qərar qəbul edilə bilər. Amma hazırda belə bir məsələnin gündəmdə olduğunu düşünmürəm”.