Zaqatalada 24 yaşlı şəxs bıçaqlandı

KRİMİNAL 09 dekabr 2024, 09:42
Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 21:40
04 sentyabr 2025, 20:51
Top