Məhkəmə bibisi oğlunu öldürmək istəyən şəxsin istəyini reallaşdırmadı

KRİMİNAL 06 dekabr 2024, 08:45
Bakı Apellyasiya Məhkəməsində bibisi oğluna öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

Qərara əsasən, şikayət təmin edilməyib. 
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
 
Rahib Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 10:51
Top