“Trampa Nobel Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə müraciət edəcəyik” — İlham Əliyev

GÜNDƏM 09 avqust 2025, 01:41
Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək.

Demokrat.az xəbər verir ki,  bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən üçtərəfli görüşdə bildirib.

O, qeyd edib ki, ABŞ Prezidenti  Donald Trampa Nobel Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndərəcəklər.

“Biz Ermənistan Baş naziri Nikol Paşinyanla razılığa gəldik ki, Prezident Donald Trampa Nobel Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə birgə ərizə göndərək. Bu gün biz sülh müqaviləsini dünyanın bir nömrəli paytaxtında, bir nömrəli iqamətgahda parafladıq”, - deyə İlham Əliyev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top