XXI əsrin ən önəmli pop ulduzu açıqlandı — SİYAHI

ŞOU-BİZNES 04 dekabr 2024, 18:23
Amerikanın "Billboard" jurnalı XXI əsrin ən önəmli pop ulduzunu müəyyən edib. 

Demokrat.az xəbər verir ki, bu ada məşhur müğənni Beyons layiq görülüb. 

O, 25 illik karyerası ərzində musiqi və mədəniyyətə verdiyi töhfələr, həmçinin unikal üslubu ilə birinci yeri tutub. 

"Billboard" yazır ki, Beyonsun zirvəyə çıxmasının səbəbləri çoxdur - onun əbədi albomları və sinqlərlə 25 illik karyerası, sənaye və digər sənətçilər üzərindəki təsiri, həmçinin müğənni və ifaçı kimi misilsiz istedadı. Lakin ən önəmlisi isə onun yaratdığı unudulmaz anlar, pop mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən və onun 25 illik super ulduz fəaliyyətinin mahiyyətini təşkil edən anlar olub.

"Billboard" həmçinin Beyonsun 99 dəfə "Grammy" mükafatı üçün namizəd göstərildiyini və 32 dəfə bu mükafatı qazandığını vurğulayıb. O, eyni zamanda innovasiyalara, təkamülə və ümumi mükəmməlliyə olan bağlılığı ilə son 25 il ərzində bütün digər pop ulduzlarının dəyərləndirildiyi etalon olub.

Bundan əlavə, Beyons satış göstəricilərinə və axın sayılarına görə Teylor Svifti geridə qoyub. Lakin Beyonsun siyahıda birinci yeri tutmasının səbəbi sənayəyə olan təsiridir. O, musiqidə yeniliklər yaradıb və əsl pop diva, musiqi sahəsində innovasiyanın simvolu halına gəlib.

Jurnalın tərtib etdiyi ilk 25 sənətçinin sırasına Beyons və Sviftdən başqa, Rihanna, Drake, Ledi Qaqa, Britni Spirs, Kanye Uest, Castin Biber, Ariana Qrand, Adel, Uşer, Eminem, Nikki Minaj, Castin Timberlayk, Miley Kruz, Jay-Z, Şakira, The Viknd, BTS, Bruno Mars, Lil Ueyn, One Direktion, Bad Bunni, Ed Şiran və Keti Perri də daxildir.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top