2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək

SOSİAL 04 dekabr 2024, 11:02
2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində diaqnostika prosessi bitib.

“Həmin insanlara müvafiq təlimlər veririk. 2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək. Bağçalarda ən vacib məsələ mütəxəssislərin hazırlanmasıdır.

Digər bir məsələ isə savadlı valideynlərin olması, övladları ilə aşağı yaşlardan məşğul olması təhsilin bir komponentidir”,- deyə o bildirib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 21:43
04 dekabr 2024, 20:57
Top